Naxçıvan Qarnizonunda əsgərlərin gəzintisi təşkil olunub - VİDEO+FOTOLAR
Oxunub: 7781
19:35
09 Sentyabr 2019
Həftə ərzində döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr qazanmış əsgərlərin Naxçıvanın tarixi yerlərinə və muzeylərinə gəzintisi təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə,nümunəvi xidmətlərinə görə fərqlənən əsgərlər Heydər Əliyev və Dövlət Bayrağı Muzeylərini ziyarət ediblər. Tarixi eksponatlarla yaxından tanış olan əsgərlərimiz Ulu Öndərimizə, bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini ifadə edir, Vətənimizin müdafiəsində ayıq-sayıq dayanırlar.