Ermənistan parlamenti hərbi qulluqçulara kompensasiya verilməsindən imtina edib

2017/12/nagorno-karabakh-conflict345345345_1509345202345_1512552626.jpg
Oxunub: 5622     15:54     09 Sentyabr 2019    
Ermənistan parlamenti döyüş növbətçiliyindən kənarda yaralanmış hərbi qulluqçulara kompensasiya verilməsi barədə layihədən imtina edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iclasında "Ermənistan Müdafiə Nazirliyinin təmin edilməsi zamanı hərbi qulluqçuların həyatı və ya sağlamlığına dəymiş ziyanın ödənilməsi haqqında" qanuna əlavələr edilməsi barəsində qanun lahiyəsinin müzakirələri zamanı müxalif "İşıqlı Ermənistan" partiyasının deputatı Gevorq Qorqisyan bildirib.

O qeyd edib ki, onlar ədaləti bərpa etmək və bütün hərbi qulluqçuların hüquqlarını bərabərləşdirmək istəyirlər.

"Mövcud qanunvericiliyə görə, Ermənistan silahlı qüvvələrində sağlamlığa zərər dəydiyi üçün o hərbi qulluqçular kompensasiya ala bilərlər ki, onlar döyüş əməliyyatları və ya döyüş növbətçiliyi zamanı yaralanıblar. Məsələn, əgər hərbi qulluqçu avtomobil qəzası nəicəsində yaralanıbsa, o, kompensasiya almır", - deyə o bunun ədalətli olmadığını vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-qulluqçular  


Bizi "telegram"da izləyin