Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan öz “Facebook” səhifəsində yazıb.
Sentybrın 6-da Ermənistanın Baş Naziri Nikol Paşinyan "Sasna Tsrer" partiyasının (bundan əvvəl silahlı qruplaşma-red.) nümayəndələri Jirayr Sefilyan və Qareqin Çuqaszyan ilə görüşüb. Paşinyanla görüşdən sonra Sefilyan müsahibə verib.
Politoloqun sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Ermənistan və Rusiya arasındakı əlaqələr bir o qədər də hamar deyil.
“Bunu hətta inqilabçı eyforiyadan xilas olmamış bir çoxları da başa düşüb. Mən inqilabdan sonra erməni-rus əlaqələrində baş vermiş hadisələri açıqlamayacam. Son dövlər baş vermiş problemlərə toxunacam. Bu problemlərdən ən vacibi Ermənistanın keçmiş preziedenti Robert Köçəryanın həbs olunması məsələsidir. Bu məsələ lap əvvəldən erməni-rus əlaqələrini gərginləşdirdi. Bundan başqa Ermənistan Məhkəmə Aktlarının Məcburi İcra Komitəsinin sabiq rəisi Mihran Poğosyanın erməni hüquq-mühafizə orqanlarına təhvil verilməməsinə cavab olaraq İrəvanın Moskvaya məntiqsiz cavabları da bu problemlər sırasındadır”, - deyə o qeyd edib.
Hambaryan bildirib ki, Paşinyanın cəhdləri, onun “rus qorxuları”nı Sefilyan və digər anti-rus xadimlərin dodaqları ilə səsləndirməsi təhlükəli oyunun başlanğıcıdır və bundan təkcə Paşinyan yox, eləcə də Ermənistan əziyyət çəkəcək.
Alpər Mövludoğlu
Ordu.az