“Əlbəttə, Qarabağda (qondarma qurum-red.) dəyişikliklər lazımdır. Hər hansısa əməliyyat gecikir, artıq gərginlik, durğunluq və s. ortaya çıxır. Biz indi çox qabaqda olmalı idik”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu işğal altında olan Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin ilk komandiri Arkadir Karapetyan bildirib.
O əlavə edib ki, Ermənistanda da hakimiyyət dəyişikliyi zərurəti var idi.
“Qarabağda bu dəyişiklik zamanın tələbidir, o, öz həllini almalıdır və alacaq”, - deyə Karapetyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Aprel-döyüşləri
İstintaq