Hovhannisyan ORSİS-lə bağlı özü-özünü təkzib edir: “Müəyyən qaranlıq məsələlər var”

2019/09/Untit-1568014366.jpg
Oxunub: 589     20:31     09 Sentyabr 2019    
“Ermənistan Müdafiə Nazirliyinin ayrıca bir qurum olaraq nə ORSİS ARMS MMC ilə, nə də “Promtexnologiya” şirkəti ilə heç bir məhkəmə problem yoxdur. Cinayət işi fiziki şəxsə qarşı açılıb”.

Xəbər verdiyimiz kimi, sözügedən təkzibi Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan verib.

Söhbət hərbi sursat tədarükü ilə bağlı Ermənistan MN tərəfindən aylar öncə elan edilmiş, lakin sonra hansısa səbəblərə görə ləğv edilən tenderdən gedir. Bu tenderdə rus şirkəti qalib gəlsə də, daha sonra müəyyən səbəblərdən onun müraciəti rədd edilib və sövdələşmə imzalanmayıb.

“RİA Novosti” xəbər agentliyinin məlumatına görə, tender Ermənistan silahlı qüvvələrinə bir neçə milyon dollar dəyərində hərbi avadanlıqların tədarükünə aid olub. Məlumata görə, məsələ ilə bağlı erməni mətbuatında kifayət qədər geniş məlumat verilib.

Hovhanisyanın məlumatı təkzib etməsinə səbəb isə hərbi sursat tədarükü ilə bağlı tenderin iflasa uğraması və rus xəbər portalı “RİA Novosti”nin məlumatlarının KİV-lərdə sürətlə yayılmaqla, Ermənistan MN-in hərbi məhsullar istehsal edən ORSİS şirkəti tərəfindən məhkəməyə verildiyinə dair məlumatlara aydınlıq gətirmək cəhdi olub.

Ermənistan Müdafiə Nazirliyinə yaxın olan KİV-lər qeyd edir ki, guya tərəflərdən hər hansı biri digərini məhkəməyə verməyib, sadəcə adı qeyd edilən rus şirkəti və onun Ermənistandakı rezidentinin nümayəndələri olan vəkil Aleksandr Sirunyan Ermənistan İstintaq Komitəsinə Apelyasiya Komissiyasının “saxta əsaslarla” tenderdə iştirak etməyə dair onların müraciəti rədd etdiyi barədə məlumat təqdim edib. Bu məlumat əsasında Ermənistan İstintaq Komitəsinin müvafiq şöbəsində Cinayət Məcəlləsinin 376.1 - “xidmətə laqeyd münasibət” maddəsi üzrə cinayət işi başlayıb.

“Ermənistan MN qurum və dövlət orqanı olaraq, bu işlə bağlı hər hansı şirkətin nə Ermənistan üzrə rezidenti, nə əsas şirkət olan “Promtexnologiya” şirkəti ilə indiki məqamda hüquqi problemlərə cəlb edilməyib. Nə onlar MN-ə qarşı, nə də MN-də onlardan hər hansı birinə qarşı məhkəmə iddiası yoxdur. Müvafiq orqanlardan dəqiqləşirilməsi mümkün olan cinayətlər işləri var”, - deyə Hovhanisyan bildirib.

Lakin Hovhannisyan daha sonra etiraf edir ki, onda olan məlumata əsasən cinayət işi üzrə cəlb edilənlər daxilində tenderin təşkili, şikayət, yaxud maliyyə sənədlərinin hazırlanmasında iştirak etdiyi ehtimalı olan şəxslər var.

“Ermənistan SQ polkovniklərinin ORSIS cinayət işi üzrə əlaqəsinə gədlikdə isə təəssüfdoğurucu fakt olsa da, müəyyən qaranlıq məsələlər var və bunların cavabını istintaq orqanı verəcək”, - deyə o bildirib.

Məlumata görə, hərbi avadanlıqların tədarükü ilə bağlı keçirilən tenderdə yalnız ORSİS şirkəti deyil, Ermənistanda qeydiyyatda keçən, şirkətin rezidenti hesab edilən və vəkil Aleksandr Sirunyan tərəfindən “Promtexnologiya”nın Ermənistan üzrə tərəfdaşı kimi təqdim edilən ORSİS ARMS MMC-nin müraciəti də qeydə alınıb.

Haqqında söz açılan “ORSİS” şirkətinin məhs “Promtexnologiya” MMC-nin tərkib hissəsi olduğu qeyd edilir. Başqa sözlə, ORSİS “Promtexnologiya”nın ticarət nişanıdır. Ancaq bu prosesdə Ermənistan SQ-nin iki yüksək vəzifəli polkovnikləri - Artur Qalstyan və Qevork Manukyan tərəfindən təsis edilən bənzər ORSİS ARMS adlı MMC-də iştirak edib. Bu şirkət 2017-ci ildə təsis edilib. Təsisçilərdən polkovnik Qalstyan hazırda Ermənistan SQ Baş Qərargahının hərbi topoqrafiya şöbəsinin rəisidir. Polkovnik Qevork Manukyan isə ehtiyatda olan zabitdir.

Erməni zabitlərin bu məsələdə iştirakını nəzərə alaraq korrupsiya təzahürləri istisna edilmir.

Ancaq, “Promtexnologiya “ və ORSİS ARMS-ın nümayəndəsi Aleksandr Sirunyan polkovnik Artur Qalstyanın ORSİS ARMS MMC-ni təsis edərkən qanunvericiliyə uyğun olaraq hərəkət etdiyini və qanunun tələblərini pozmadığını deyir.

Vəkil qeyd edir ki, polkovnik Qalstyan şirkətdən hər hansı qazanc əldə etməyib və şirkəti cari ilin iyun ayında bir başqasının adına keçirib.

Onun sözlərinə görə, “Promtexnologiya” şirkəti müvafiq müqavilələrin icrası üçün lazımi iqtisadi şərtləri, istehsal, nəqliyyat, qəbul edən tərəfə çatdırılma, sınaq, sonrakı texniki və informasiya xidmətləri təmin edir. ORSİS ARMS şirkəti isə sənədlərin Ermənistan Respublikasının qanunvericiliyinə uyğunluğunu təmin edir.

Vəkil Sirunyan araşdırılan cinayət işinin ibtidai istintaqının maraqları, habelə hərbi və ibtidai istintaq sirrlərinin qorunması zərurəti səbəbindən hazırda əldə olan vacib məsələləri tam açıqlaya bilməyəcəklərini qeyd edib.

Yalnız onu qeyd edib ki, “Promtexnologiya” şirkəti və onun Ermənistan üzrə tərəfdaşı ORSIS ARMS ilə Ermənistan MN-in əməkdaşlığı 2017-ci ildən başlayıb, bu müddət ərzində Ermənistan Silahlı Qüvvələrinə böyük həcmdə, zəruri və keyfiyyətli hərbi sursat tədarük edilib.

Bu mənada, “Promtexnologiya” şirkətinin qoşulması ilə Ermənistan bazarında müəyyən silah və sursat növlərinin alınmasının qiymətləri artmayıb, əksinə təxminən iki dəfə azalıb.

“Promtexnologiya” şirkəti birbaşa və böyük bir silah-sursat istehsalçısıdır, əvvəllər oxşar silah və sursat növləri (xüsusən də güllə) Ermənistan Silahlı Qüvvələri tərəfindən nəinki ikiqat baha qiymətə, hətta AİƏT, Aİ və ABŞ-da qeydiyyata alınmayan üçüncü mənbələrdən alınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hovhannisyan   ORSİS   Promtexnologiya  

Hovhannisyan ORSİS-lə bağlı özü-özünü təkzib edir: “Müəyyən qaranlıq məsələlər var”

2019/09/Untit-1568014366.jpg
Oxunub: 592     20:31     09 Sentyabr 2019    