Erməni politoloq: “Şişkinə sığınacaq verməklə Ermənistan Rusiya hakimiyyətinin üzünə tüpürür”

2019/09/567-1568012649.jpg
Oxunub: 694     17:21     09 Sentyabr 2019    
“Ermənistanın sığınacaq axtaran rus müxalifətçisi Vitali Şişkinə siyasi sığınacaq verməsi siyasi savadsızlıqdır və bu Rusiya hakimiyyətinin üzünə tüpürməkdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Moskvada yaşayan erməni politoloq Andranik Mihranyan bildirib.

Şişkinə sığınacaq verilməsi Ermənistan Dövlət Aktlarının Məcburi İcrası Komitəsinin sabiq rəisi, korrupsiya ittihamı ilə axtarışa verilən Mihran Poğosyanın Ermənistana təhvil verilməməsi ilə bağlı Rusiya hakimiyyətinin addımına cavab olması barədə məsələni şərh edərkən Mihranyan qeyd edib ki, bu qədər siyasi maraq olmasına baxmayaraq, Rusiyada heç Poğosyanı tanımırlar.

“Ancaq indi söhbət Poğosyandan deyil, daha çox tanınan nüfuzlu bir şəxsdən gedir və bunları bərabər tutmaq olmaz”, - deyə o bildirib.

Mihranyanın sözlərinə görə, Ermənistan Rusiyaya açıq formada etiraz bildirmək üçün qətiyyətli mövqeyə və resurslara sahib deyil.

“Poğosyanın qaytarılıb-qaytarılmaması siyasi məsələ deyil. Bu məsələ onun təhvil verilməsinə dair sənədlərin savadsız hazırlanmasından başlayaraq, Poğosyanın məsələsinin Rusiya üçün siyasi əhəmiyyət daşımadığınadək bərabər tutulması əsassızdır. Ancaq Şişkinin məsələsi Rusiya üçün tamamilə siyasi məsələdir və bu məsələnin Ermənistanda hansı səviyyədə qərar verildiyindən xəbərdar deyiləm”, - deyə politoloq bildirib.

O qeyd edib ki, Şişkinə siyasi sığınacaq verilməsi qərarı hər kimin səviyyəsində verilibsə, bu, Rusiya hakimiyyətinə və məhz prezident Putinə qarşı sərt reaksiyadır.

“Əgər Ermənistan Şişkinə siyasi sığınacaq verirsə, demək açıq-aşkar ictimai şəkildə Rusiya hakimiyyətinin üzünə tüpürür. Belə bir addım atmaq üçün axmaq, yaxud Ermənistanın düşməni olmalısan”, - deyə Mihranyan qeyd edib.

Onun sözlərinə görə, Şişkin Ermənistanın onunla bir çox sahələrdə, hərbi, iqtisadi, sosial-iqtisadi məsələlərlə bağlı olduğu Rusiya hakimiyyəti ilə qarşıdurmaya getməyə layiq olan şəxs deyil.

“Ermənistanda bəzi insanlar ağıllarını itirib. Onlar hesab edir ki, dünya onların addımları ilə razılaşmalı, onların arxasınca getməli və çevrələrində fırlanmalıdır. Çox təəssüf ki, erməni xalqı və erməni dövlətçiliyi bunlar kimilərinin əlinə keçib. Ermənistan hakimiyyəti dərk etmir ki, bu cür şıltaqlıqları heç super güclər də özlərinə rəva bilməzlər. Bu insanlar bilmir ki, Yupiterin edə biləcəyini öküz edə bilməz. Bu, siyasət elminin və diplomatiyanın ən sadə əlifbasıdır. Mən Ermənistanda hakimiyyətə kəmsavadların gəldiyini bilirdim. İndi isə bunların heç bir şey öyrənməyə meyilləri olmadığına da əminəm”, - deyə Mihranyan qeyd edib.

Xatırladaq ki, sentyabrın 3-də Ermənistan Miqrasiya Xidməti tərəfindən rus müxalifətçi Vitali Şişkinin qaçqın kimi tanındığı və sığınacaq verildiyi məlum olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-Rusiya   Böhran   Şişkin  

Erməni politoloq: “Şişkinə sığınacaq verməklə Ermənistan Rusiya hakimiyyətinin üzünə tüpürür”

2019/09/567-1568012649.jpg
Oxunub: 695     17:21     09 Sentyabr 2019    