Erməni jurnalistlər Paşinyanın “məxfi sənəd”i barədə: “Bu onun növbəti boşboğazlığıdır”

2019/09/Nikol-1568011134.jpg
Oxunub: 574     16:55     10 Sentyabr 2019    
Paşinyan “Facebook” səhifəsindəki canlı yayımı zamanı məzuniyyət müddətində məxfi bir hesabat, sənəd araşdırdığını bəyan etdi.

Onun sözlərinə görə, həmin sənəd üçüncü prezident Serj Sarkisyanın dövründə tərtib olunub. Paşinyan bildirirdi ki, bu sənədi oxuduqdan sonra əslində inqilab dövründə, ondan əvvəl və hansısa mənada inqilabdan sonra ölkənin inistusional baxımdan iflic vəziyyətində olduğu qənaətinə gəlib. O əlavə edirdi ki, əvvəlki hökumət dövründə hazırlanan bu sənəd ölkənin hansı vəziyyətdə olması və indi hansı vəziyyətdə olduğu haqqında tam bir təsəvvür verir.

“Bu gün Ermənistanda insanların problemlərini həll edəcək qurum yoxdur. Əslində biz insitutları, sıfırdan müstəqil məhkəmə sistemi, dövlət satınalma sistemi və s. sahələri sıfırdan yaratmalıyıq. Bütün mümkün məsələlərin ardınca çaxnaşmaya düşərək qaçmamalıyıq, əksinə duyğulara qapılmadan problemləri sıra ilə həll etməliyik”, - deyə o bildirib.

Lakin Paşinyan hansı gizli sənəd haqqında danışdığını açıqlamayıb. Erməni jurnalistlər hansı sənəd və kimin bu sənədi tərtib etdiyi barədə məlumat ala bilməyib. Belə bir vacib sənədi Paşinyanın nə üçün saxladığı və yalnız məzuniyyət günlərində tanış olduğu da müəmmadır.

Paşinyanın çıxışının ardınca Ermənistan Respublikaçılar partiyasından reaksiyalar gəlməyə başlayıb. Partiyanın sədr müavini Armen Aşotyan qeyd edib ki, Paşinyanın bu hərəkəti Serj Sarkisyanın adı altında çarəsizliyinizi gizlətmək üçün yeni bir cəhddir.

“Hansı yalan sirrdən söhbət gedir? Hesabat, məruzənin adını və müəllifini elan edin”, - deyə o bildirib.

Bəzi erməni siyasi şərhçilər isə heç bir sənədin olmadığını və bu Paşinyanın növbəti populist addımlarından biri kimi qiymətləndiriblər.

“İşıqlı Ermənistan” partiyasının sədri, Paşinyana yaxınlığı ilə seçilən deputat Edmon Marukyan avqust ayının 5-də yazılı şəkildə Paşinyan müraciət edərək, məxfi hesabatın nüsxəsini təqdim etməyi xahiş edib.

Bir neçə gün öncə Marukyan bəyan edib ki, sənədi göstərmək üçün onu hökumət binasına dəvət ediblər.

“Hansı sənəddən söhbət getdiyini yerində başa düşmək üçün getməliyəm. Sənəd tam məxfidir, əgər belə bir sənəd varsa, bu barədə məlumat verəcəm. Mən düşünürəm ki, əgər çağırıblarsa, deməli belə bir sənəd var”, - deyə Marukyan bildirib.

Sentyabrın 6-da Marukyan “Facebook” sosial şəbəkəsindəki canlı yayımı zamanı bəyan edib ki, Paşinyanın qeyd etdiyi məxfi sənədlə tanış olmaq üçün hökumət binasına gedib və tam məxfi hesabat-məruzə ilə bütövlükdə tanış olub. O bildirib ki, bu tam məxfi sənəddir və ictimaiyyətə açıqlana bilməz.

İndi məlum olub ki, söhbət 2014-cü ildə hazırlanmış bir hesabatdan gedir. Həmin sənəd Dünya Bankı ekspertləri tərəfindən Ermənistanla sonrakı maliyyə fəaliyyətinin əsas fundamentini təşkil edən sənəddir.

Bu hesabatda mütəxəsisslər vəziyyəti boz rəngdə təsvir ediblər. Hesabat hazırlanaraq hökumətə təqdim edilib. Hökumət hesabatı müzakirə etdikdən sonra onun obyektivliyi əks etmədiyini qərara alıblar. Buna görə də hökumət bu sənədi əsas olaraq qəbul etməkdən imtina edib və maraqlıdır ki, Dünya Bankı da bir daha bu sənədi hər hansı şəkildə xatırlatmayıb.

Erməni mətbuatı Paşinyanın bu hesabat-məruzə ilə bağlı çıxışını növbəti “boşboğazlıq” kimi qiymətləndirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Məxfi-sənəd  

Erməni jurnalistlər Paşinyanın “məxfi sənəd”i barədə: “Bu onun növbəti boşboğazlığıdır”

2019/09/Nikol-1568011134.jpg
Oxunub: 575     16:55     10 Sentyabr 2019    