İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunmuş “hərbi birləşmə”nin təlim bazasında taktiki nümayiş təlimləri keçirilib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 31-də qanunsuz “hərbi birləşmə”nin rəhbəri, general-mayor Karen Abrahamyanın başçılığı altında Qarabağda ayrı-ayrı tank briqadalarından birinin təlim bazasında taktiki nümayiş təlimləri keçirilib.
Taktiki nümayiş təlimlərində Karen Abrahamyanın müavinləri və hərbi hissə komandirləri iştirak ediblər.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qarabağ
Təlim
Təxribat