Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 19 yaşlı V.Qaloyanın ölüm faktı ilə bağlı yeni detallar açıqlayıb.
İlkin məlumata görə, Qaloyan öncə post başçısını öldürməyə cəhd edib, daha sonra intihar edib.
"23 iyul 2019-cu il, saat 23:55 radələrində "N" nömrəli hərbi hissənin mühafizə ərazisinin döyüş mövqeyində müddətli xidmət hərbi qulluqçusu, sıravi əsgər Volodya Hamleti Qaloyan qanunsuz olaraq bir başqasını həyatdan mərhum etmək, öldürmək, birbaşa şüurlu şəkildə qeyd edilən döyüş postunun qazmasına yaxın ərazidə ona təhkim edilmiş AK-74 markalı avtomatla döyüş postunun başçısı istiqamətinə atəş açıb. Lakin V.Qaloyan öz iradəsindən asılı olmayan səbəblərdən cinayətini başa çatdıra bilməyib", - deyə məlumatda bildirilir.

Atəş açdıqdan dərhal sonra V.Qaloyan ona təhkim edilmiş AK-74 markalı avtomatla döyüş postunun ərazisini tərk edib. Onun, bu gün saat 04:20 radələrində döyüş postunun müşahidə məntəqəsindən təqribən 50 m uzaqlıqda çənəsinin alt hissəsindən odlu silah yarası xəsarəti və yanında yerə düşmüş vəziyyətdə avtomatı olmaqla meyiti aşkar edilib.
Hadisə ilə əlaqədar olaraq 2-ci qarnizon istintaq şöbəsində Ermənistanın CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılıb, ilkin istintaq aparılır.
“Hadisənin baş vermə təfərrüatlarının hər tərəfli araşdırılması üçün tədbirlər görülür”, - deyə öz "Facebook" səhifəsində İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən Naira Harutyunyan bildirib.
Qeyd edək ki, daha öncə işğal edilmiş Qarabağ ərazisində qanunsuz dislokasiya olunan hərbi birləşmədən bildiriblər ki, 23 iyuldan 24 iyul tarixinə keçən gecə, cənub istiqamətində dislokasiya olunan hərbi hissənin mühafizə ərazisində hələlik məlum olmayan səbəblərdən ölümcül odlu silah yarası alan hərbi qulluqçu, 2000-ci il təvəllüdlü Volodya Hamleti Qaloyan ölüb.
Alpər Mövludoğlu
Ordu.az