"İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib" - Səfir

2019/07/14707-1563349053.jpg
Oxunub: 529     11:35     17 İyul 2019    
"İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərin yaxınlaşdırılmasında, münaqişənin həllində rol oynaya bilər".

Ordu.az xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə APA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır.

"Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin sonuncu üçtərəfli görüşündə İran xarici işlər naziri bəyan edib ki, İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərin yaxınlaşdırılmasında, münaqişənin həllində rol oynaya bilər. İran həm Azərbaycan, həm Ermənistanla qonşudur. Bu münaqişənin mövcudluğu, təbii ki, regiona mənfi təsir edir. İran münaqişənin həlli üçün əlindən gələni etməyə hazırdır. Lakin bu, münaqişə tərəflərinin öz iradəsindən asılıdır", - deyə C.Cahangirzadə qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Qarabağ  

"İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib" - Səfir

2019/07/14707-1563349053.jpg
Oxunub: 530     11:35     17 İyul 2019    