Ordu.az xəbər verir ki, ön xətt bölmələrindən birində, döyüş postunda xidmət edən əsgər Molkon Moliqiryan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.
Əvvəl əsgərin guya xəstə olduğu bildirilsə də sonradan valideynlərinin şikayəti və Ermənistan müdafiə nazirliyindən yüksək vəzifəli generalın zəng edərək işə qarışması ilə komandanlıq məcbur qalaraq əsgəri hərbi hospitala göndərib.
Həkimlər əsgəri müayinə edərkən döyüldüyünü aşkar ediblər. Hadisə ilə bağlı prokurorluğa məlumat verilib.
Faktla bağlı və hadisəni gizlətməyə çalışan vəzifəli şəxslər barədə cinayət işi açılıb, araşdırma davam edir.
Ordu.az