Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan ABŞ Konqresində qəbul edilən təxribatçı qətnamənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Amerikanın təşəbbüsü ilə əlaqədar olduğunu şərh edərkən bildirib.

O qeyd edib ki, Konqresin nümayəndələr palatasında qəbul edilən bu iki qətnamənin nə Ermənistanın xarici siyasəti, nə də diplomatik səyləri ilə heç bir əlaqəsi yoxdur.
"Bu istisnasız olaraq, erməni lobbisinin fəaliyyətinin nəticəsidir və bu fəaliyyət istər indiki, istərsə də keçmiş konqresdə davamlı xarakter daşıyır", - deyə Sarkisyan vurğulayıb.
Öz növbəsində rusiyalı politoloq Stanislav Tarasov qeyd edib ki, ABŞ guya İrəvan və Bakı tərəfindən oyun kartlarının manipulyasiya edilməsinə uymadan öz qərarını verib.
Lakin o da iddia edir ki, nizamlanma prosesində ABŞ-ın hər hansı bir təşəbbüsü yoxdur və digər həmsədrlərdən ayrı fəaliyyət göstərmir.
Alpər Mövludoğlu
Ordu.az