Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2003-cü ildə Madagizdə 2 erməni hərbi qulluqçunun qətli ilə bağlı cinayət işinin icraatının dayandırılması qərarı ləğv edilib və istintaqın yenidən başlanması üçün cinayət işi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq komitəsinə göndərilib.
Məlumata görə, Roman Yeğiazaryan və Hovsep Mkrtumyanın qətli ilə bağlı CM-nin müvafiq maddəsi üzrə açılan cinayət işinin 2015-ci ildə ilkin istintaq orqanı tərəfindən dayandırılması haqqında qərar qəbul olunsa da iş yenidən araşdırılıb.
Nəticədə cinayət işinin icraatının dayandırılması haqqında qərar ləğv edilərək iş Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq komitəsinə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az