“Qarabağda generallar düşərgələrə bölünüblər, bu təhlükəlidir” - Hakobyan

2019/07/ruben-1562933709.jpg
Oxunub: 970     16:44     12 İyul 2019    
“Təhlükəli olan hakimiyyət tərəfindən ləkələnmiş, qüsurlu hesab edilən generalitetin üzvlərinin müxtəlif cəbhələrdə peyda olmasıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sabiq deputatı Ruben Hakobyan “Milli gündəm” partiyasının təşəbbüskarlığı ilə keçirilən “Ermənistanın daxili siyasi proseslərinin inkişafı, İstanbul konvensiyası” mövzusundakı müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, əgər generalitetin düşərgələrə bölünməsi prosesinin qarşısı alınmasa, Ermənistanda bir sıra ciddi problemlər baş verəcək.

“Qarşıdakı günlərdə ciddi hadisələr gözlənilir. Qarabağ (qondarma qurum-red.) heç zaman bu gün olduğu qədər yorğun olmayıb. Təhlükəli olan hakimiyyət tərəfindən ləkələnmiş, qüsurlu hesab edilən generalitetin üzvlərinin müxtəlif cəbhələrdə peyda olmasıdır. Bu isə təhlükəli məqamlarla doludur.

Əgər generalitetin düşərgələrə bölünməsi prosesinin qarşısı alınmasa, təhlükəli hadisələr baş verə bilər. Hakimiyyət razılıq mühiti yaradılmasına cəhd etmir. Əksinə qarşıdurmanın daha da artmasına xidmət edir”, - deyə Hakopyan bildirib.

O, bunu vəziyyətdən müəyyən qədər məlumatı olan şəxs kimi dediyini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Qarabağda generallar düşərgələrə bölünüblər, bu təhlükəlidir” - Hakobyan

2019/07/ruben-1562933709.jpg
Oxunub: 971     16:44     12 İyul 2019    