Bakıya yeni hərbi prokuror təyin edildi

2019/07/zakir-1562220623.jpg
Oxunub: 6877     10:00     04 İyul 2019    
Paytaxt Bakıya yeni hərbi prokuror təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Faktı Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Trend-ə təsdiq edib.

Xatırladaq ki, iyunun 21-də keçmiş Bakı hərbi prokuroru ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Baş prokurorun əmri ilə Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-prokuror   Zakir-Qaralov  


Bizi "telegram"da izləyin