“Aysorlar Ermənistanda assimilyasiyaya məruz qalır” – ETİRAZ

2019/07/4a-1562152442.jpg
Oxunub: 19943     20:10     03 İyul 2019    
Ermənistanın Ararat vilayətinin Dimitrov cəmiyyətində aysorlarla bağlı isti müzakirələr gedir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, vilayət məktəblərində erməni bölməsində oxuyan aysorlar öz ana dillərində təhsil almaq imkanından məhrum edilib.

Məlumata görə, sözügedən ünvanda yerləşən məktəb erməni və rus bölmələrindən ibarətdir. Erməni bölməsində oxuyan 329 şagirddən 29-u, rus bölməsində isə 39 şagirddən 12-si milliyyətcə aysordur. Aysorların rus məktəbində oxuması məcburi şəkildə siyahılaşdırılır. Erməni bölməsində oxuyanlar isə ana dillərində təhsil ala bilmirlər.

"Xayadta" Ermənistan Aysor Təşkilatları Federasiyasının sədri İrina Saqardova-Qasparyan rus məktəbində təhsilinkeyfiyyətinin aşağı düşməsindən çox narahat olduğunu bildirib.

O, məktəbin hazırkı direktorunun rus bölməsinin bağlanmasına gətirib çıxaracaq siyasət apardığını qeyd edib: “Rus bölməsində təhsil keyfiyyətinin azalması səbəbilə rus bölməsində oxuyan şagirdlərin erməni bölməsinə axını müşahidə olunur. Bu tendensiya Dimitrov kəndinin aysorlarını assimilyasiya təhlükəsi qarşısında qoyub”.

Qasparyanın fikrincə, rus dilində təhsil almaq milli azlıqların erməni cəmiyyətində əriyib yox olmamasına kömək edir və rus dilində təhsil keyfiyyətinin aşağı salınması aysor uşaqların təhsil keyfiyyətinə birbaşa zərbə kimi nəzərdən keçirilməlidir.

"Xartiya və Ermənistan qanunvericiliyi təhsil dilimizi seçməyə icazə verir, dövlət isə bunu təmin etməyə məcburdur. Ermənistan hökumətinin 2007-ci il hesabatında qeyd edilir ki, rus məktəbi ikihissəli sinif otaqları ilə işləməyəcək və orada bir şagird olsa belə sinif otaqları ayrı olacaq, lakin bu gün vəziyyət fərqlidir", - deyə Qasparyan etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aysorlar   Zorakılıq  


Bizi "telegram"da izləyin