Ordu.az-ın Qərb bürosunun məlumatına görə, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi, həqiqi hərbi xidmətə çağrılan gənclər və onların valdeynləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edənlər, hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu, Azərbaycanın güclü ordusu olduğunu, vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək hərbi xidmətə gedən gənclərə sağ-salamat qayıtmağı arzu etdiklərini bildiriblər. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid valideynləri gənclərə inamlı olmağı, qətiyyətlə və vicdanla vətənə xidmət etməyi diləyib.
Sonra hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söyləyiblər və onlara vətənə layiqli əsgər olmağı tövsiyyə ediblər.
Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içiblər.

Cümşüd Məmmədov
Ordu.az