Müdafiə naziri Sergey Şoyquya başsağlığı verdi

2019/07/3c39e-1562136340.jpg
Oxunub: 9888     10:25     03 İyul 2019    
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, başsağlığında deyilir:

“Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Rusiya   Sergey-Şoyqu  


Bizi "telegram"da izləyin