Ordu.az-ın məlumatına görə, Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrını 31-də Oğuz rayonu Xaçmaz kəndində anadan olub.
O, 1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalı Sarıcalar kəndinə köçdükdən sonra Bakıya qayıdıb və işləməyə başlayıb.
1992-ci ilin martında könüllü olaraq Milli Orduya yazılıb, Goranboy, Ağdərə istiqamətlərində şücaətlə vuruşub. K.Rəhimov 1992-ci il iyulun 3-də Ağdərə yaxınlığında gedən döyüşdə şəhid olub. 1994-cü il sentyabrın 16-da Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Qeyd edək ki, Bakının küçələrindən biri onun adını daşıyır. Paytaxtda onun adına park salınıb, büstü qoyulub.
Ordu.az