Ordu.az xəbər verir ki, erməni KİV-lərində Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikaelyanın bu gün parlamentdə jurnalistlərlə söhbəti zamanı yayılan söz-söhbətlərə aydınlıq gətirdiyi haqda müəllif məqaləsi dərc olunub.
Məqalə müəllifinin sözlərinə görə, o, “Siyasi Müqavilə” partiyası Kotayk vilayətinin qubernatoru Romanos Petrosyana görə seçkilərdə məğlub olub.
“O, jurnalistlərin xahişini nəzərə alaraq Abovyan şəhər bələdiyyə başçısı seçkiləri haqqında danışıb və Kotayk vilayətinin qubernatoru Romanos Petrosyanın ittihamlarına toxunub.
“Hakimiyyət namizədliyimə qarşıdır və buna görə də seçki prosesində iştirak etmədim. Təsəvvür edin, əgər Baş nazir Abovyana getməsəydi, orada nə baş verəcəkdi. Aydındır, xalq bu hərəkatda ətalət altında səs verir, onlar bilirlər ki, üz-üzə qalıblar, inqilabda onların böyük rolu var.
Mənə qədər Romanos inqilabda fəal deyildi. Əgər biz dərs çıxarmasaq, bu inqilab bizim tərəfimizdən məxməri uzaqlaşma olacaq”, - deyə Mikaelyan bildirib.
“Hərbi təşkilat sədrinin sözləri həqiqətən əvəzolunmazdır. O, yeni hakimiyyət nümayəndələrindən ilk şəxsdir ki, həqiqəti dedi. Mikaelyan cəmiyyətin nəbzini yaxşı hiss edir və anlayır ki, özü-özünə işləmə qaydası müsbət nəticələr verə bilməz və böyük xəyal qırıqlığına səbəb olacaq.
Deputat hakimiyyətin gənc üzvlərinə öz yerini göstərir. O, aydın şəkildə qeyd edir ki, hökumətin bir çox nümayəndələri hər hansı bir şey təqdim etmir, yalnız Paşinyanın sayəsində hakimiyyət başındadırlar”, - deyə məqalədə diqqətə çatdırılır.
Alpər Mövludoğlu
Ordu.az