Erməni əsgər anası: “Ölən əsgərin ailəsinə qayğı göstərilmirsə, belə vətən mənə lazım deyil” (VİDEO)

2019/04/56756-1554194424.jpg
Oxunub: 12482     12:35     02 Aprel 2019    
Bir oğlu ölkə xaricində iş yerində, digər oğlu isə təmas xəttində olmaqla, iki övladı ölən erməni anası Paşinyana müraciət edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, şikayətçi qadın, 2015-ci il dekabrın 18-də mövqelərimizə qarşı təxribatçı fəaliyyətlər nəticəsində zərərsizləşdirilən pulemyotçu-kəşfiyyatçı əsgər Ruben Aleksanyanın anasıdır.

Onun oğlu işğal altında olan Cəbrayılda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissəsində qulluq edib. Əkizlərdən biri Rusiyada tikinti ilə məşğul olarkən, digəri isə cəbhədə ölüb.

Ölən erməni əsgərinin anası Aleksanyan Lusik müsahibəsində qeyd edir ki, aldığı mənzilin dəyərini ödəyə bilmir, çünki ailəsindən bir neçə nəfər xəstəxanalarda xərçəng xəstəliyindən müalicə olunur.

O, Paşinyana şəxsən məktub verdiyini, lakin bu günədək müraciətinə cavab verilmədiyini qeyd edir. Erməni əsgər anası bildirir ki, əgər problemlərinə yardım edilməyəcəksə, Cəbrayılda hərbi xidmətdə ölən oğluna qulluq edərkən bütün verilən mükafatları və diplomları erməni məmurlarına geri qaytararaq ailəsi ilə bərabər Ermənistanı tərk edəcək.

O qeyd edib ki, bu gün hərbi xidmətdə ölən əsgər ailələrinə qayğı göstərilmirsə, belə vətən ona lazım deyil.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsgər-anası   İrəvan   Etiraz  


Bizi "telegram"da izləyin