Erməni əsgər anası: Paşinyanın partiyasının üzvləri məni ələ saldılar – ETİRAZ (VİDEO)

2019/03/234-1553925962.jpg
Oxunub: 9005     11:03     30 Mart 2019    
İrəvan şəhər rəhbərliyinin iclasında aprel döyüşlərinin iştirakçısının anasını istehza ilə dinləyən Ermənistanın hakim blokunun nümayəndələrinin davranışından şikayətçi olan qadın aprel döyüşləri iştirakçısının anasına qarşı laqeyd və dırnaqarası münasibətlərindən təhqir olunduğunu deyir.

Ordu.az-ın daha öncə də xəbər verdiyi kimi, İrəvanda keçirilən iməcilik zamanı aprel döyüşlərində iştirak edən erməni əsgərlərindən birinin anası şəhər meri Hayk Marutyana müraciət edərək, yataqxanadan bir otaq verilməsinə dair etdiyi müraciətin niyə şəhər şurası iclasına çıxarılmamasını soruşub.

Şikayətçi bildirib ki, vaxtilə həmin otağın verilməsinə görə rüşvət tələb olunub və vermədiyinə görə 1 ildir ki, məsələnin həllini uzadırlar. O, İrəvan şəhər merinə etdiyi müraciətində ondan rüşvət istəyən şəxsin özünün həmin otağı əldə etməyə çalışdığını göstərib. Buna görə də yataqxanada ona otaq verilməsi ilə bağlı məsələdə tərslik edilir.

İrəvan şəhər rəhbəri Hayk Marutyanın müdaxiləsindən sonra şəhər şurasının “Mənim Addımım” fraksiyasının iclasına çıxarılan məsələnin müzakirəsi zamanı şikayətçi qadın Siranuş Telyan ona qarşı olan laqeyd münasibətdən şikayətlənib.


Fraksiyanın iclasındakı laqeydlikdən şikayət edən qadın Paşinyanın inqilabı və məmurların əhaliyə münasibətindən, ona vəd edilən yataqxana otağının qanunsuz yollarla müəyyən şəxslər arasında satılması, pasport qeydiyyatı şöbəsinin nümayəndələri ilə əlbir qanunsuz hərəkətlərin davam etdiyini, lakin heç kimin şikayətə baxmadığını qeyd edib.

O, ona vəd edilən yataqxanadakı otağın aprel döyüşçüsü olan oğluna verilməməsinin səbəbini, rüşvət tələb edilməsi, kimlərəsə pul müqabilində satılması və əlindəki səs yazmalarla bağlı istintaq orqanlarına müraciət etdiyini, lakin müraciətinə xitam verildiyini söyləyir. Qadın yenidən prokurorluğa müraciət edib.

Ermənistanda inqilabdan sonra Paşinyanın hakim partiyasının nümayəndələrinin iclasda valideynlərə qarşı laqeyd və etinasız münasibətindən olduqca narazı qalan qadın, Paşinyanın rəhbərlik etdiyi partiyanın üzvlərinin aprel döyüşçüsünün problemini dinləməyə, vaxtlarının olmadığını, iş saatının başa çatmaqda olduğunu bildirməklə, məsələni tezləşdirməyini və onu dinləmək istəmədiklərinə görə, iclasda əlində olan səs yazılarından istifadə edəcəyini bildirib. Bu zaman bəzi partiya üzvləri dərhal ona qarşı münasibəti dəyişməklə məsələnin həllinə çalışacaqlarına dair yenidən boş vəd verməklə yanaşı, yataqxanada otaq əldə edilməsinə daha çox ehtiyacı olan ailələr olduğunu bildiriblər.

Telyan qeyd edir ki, iclas üzvlərindən bəziləri aprel döyüşçüsünün ailəsinə yataqxanada otaq verildiyi halda digərlərinin də müraciət edəcəyindən ehtiyat etdiklərini söyləyiblər. İclasda iştirak edən hakim partiyanın 35 üzvündən cəmi 5 nəfər onu dinləyib, digərləri isə onu istehza edib, gülüb, hündür səslə öz aralarında danışıb və onun probleminə laqeyd yanaşaraq, yekunlaşdırmağı tələb etməklə, ona vəd verilən yataqxanada otaq təminatı ilə bağlı problemin həllinə görə müraciətinə baxmaq istəməyiblər.

Şikayətçi qadın Paşinyana ümid etdiyini, lakin onun da şikayətinə laqeyd yanaşdığını, şikayət məktubunu şəxsən ona verdiyinə baxmayaraq, heç maraqlanmadığına görə təəssüf etdiyini bildirir. O, probleminin həllinədək şikayət edəcəyini söyləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsgər-anası   Etiraz  


Bizi "telegram"da izləyin