Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, Ermənistan, həmçinin Azərbaycan xalqının sülhə hazırlanmasında da iştirak etməli olması ilə bağlı Paşinyanın verdiyi bəyanatı şərh edəkən bildirib ki, Azərbaycan xalqı sülhə hazırdır.
Bu açıqlama isə siyasi xadimlərin, politoloqların, siyasi dairənin oyunçularının və ümumiyyətlə erməni cəmiyyətinin çaşqınlığına səbəb olub.
Qeyd etmək lazımdır ki, Qriqoryan tez-tez Qarabağ məsələsi ilə əlaqədar olduqca riskli şərhlər və bəyanatlar verir.
Məlumatlara görə, bununla bağlı Paşinyan administrasiyasından onu bir daha Qarabağla bağlı şərhlər və bəyanatlar verməməsi barədə xəbərdar ediblər. Hazırda Paşinyan hakimiyyətinin “Soros” qanadının nümayəndəsi olan Armen Qriqoryana qarşı o qədər də xoş münasibətdə deyillər. Davit Sanasaryandan sonra Armen Qriqoryan Ermənistanda ikinci riskli şəxs hesab olunur.
Alpər Mövludoğlu
Ordu.az