"Paşinyanın bu addımı Azərbaycana hərbi əməliyyatlar üçün ligitimlik verərdi" - Ekspert

2019/03/969b7-1552395186.jpg
Oxunub: 1861     17:23     12 Mart 2019    
"Azərbaycan Ermənistana göstərmək istəyir ki, danışıqlar prosesindən imtina etdiyi təqdirdə hərbi əməliyyatlara başlayacaq".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Yervand Bozoyan Əliyev-Paşinyan arasında gözlənilən görüş və Azərbaycanda başlayan geniş miqyaslı təlimlər barədə danışarkən bildirib.

O hesab edir ki, risklər danışıqlar prosesinin dayanma ehtimalı ilə bağlıdır. Ona görə Paşinyan bəyan edirdi ki, o, Qarabağın statusu ilə bağlı deyil, məhz formatın dəyişdirilməsi istiqamətində danışıqlar aparacaq.

"Təbii ki, Azərbaycan bunu rədd etdi. Ehtimal olunur ki, gözlənilən Əliyev-Paşinyan danışıqlarında format yox, məhz Qarabağ məsələsi müzakirə ediləcək. Paşinyan buna qarşı olsa da, indi onun Qarabağı maksimal dərəcədə danışıqlar prosesində təmsil etmək üçün əlindən gələn hər şeyi edəcəyi düşünülür. Paşinyanın məhz buna görə Qarabağa getdiyi ehtimal edilir. Əgər Paşinyan ATƏT-in Minsk qrupunun bu təkliflərini rədd etmiş olsaydı, bu məhz İrəvanın ucbatından danışıqların pozulduğu anlamına gələ bilərdi. Bu öz növbəsində Azərbayacana hərbi əməliyyatların niyə başlamalı olduğuna ligitimlik verərdi", - deyə Bozoyan qeyd edib.

Erməni ekspertin fikrincə, Azərbaycan tərəfindən geniş miqyaslı hərbi təlimlərin keçirilməsi güc nümayişidir: "Onlar vasitəçi ölkələrə və Ermənistana göstərmək itəyirlər ki, əgər İrəvan danışıqlar prosesindən imtina edərsə, onlar legitim əsas olaraq, hərbi əməliyyatlara başlaya bilərlər. Bu ilk növbədə Paşinyanın danışıqlardan imtina edə bilməməsi və Əliyevin danışıqlar prosesində güclü mövqedə görünməsi üçün güc nümayişidir".

Yervand Bozoyan qeyd edir ki, son aylarda Ermənistanda ciddi əks proses gedir və bütün sahələrədə parçalanma prosesi davam edir.

"Bu nümayişlər də normaldır. İnsanları öz gəlir mənbələrindən məhrum etdikdə, onlar etiraz etməyə başlayırlar", - deyə Bozoyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat   Qarabağ   İşğal  

"Paşinyanın bu addımı Azərbaycana hərbi əməliyyatlar üçün ligitimlik verərdi" - Ekspert

2019/03/969b7-1552395186.jpg
Oxunub: 1862     17:23     12 Mart 2019    