"Azərbaycanlılara heç bir qarış torpaq da qaytarmaq olmaz" – İrəvanda sorğu (VİDEO)
Oxunub: 13362
16:37
12 Mart 2019
Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son dövrlərdə yanaşmalar müxtəlifdir. Ölkə rəhbərləri arasında gözlənilən görüşdən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. Onlar hər iki tərəfi danışıqlar platformasına gəlməyə səsləyirlər.
Ordu.az xəbər verir ki, "Gala TV" erməni agentliyi İrəvanda sorğu keçirərək münaqişənin həllinə dair sakinlərin fikrinin öyrənməyə çalışıb.
İrəvan şəhər sakinlərinin böyük əksəriyyəti sorğu zamanı bildirib ki, azərbaycanlılara heç bir torpaq qarışı qaytarıla bilməz. Problemin sülh yolu ilə həllinə tərəfdar olan ermənilər qeyd ediblər ki, bu halda belə heç bir torpaq güzəştindən söhbət gedə bilməz.