Ordu.az xəbər verir ki, fevralın son beş günü ərzində 31 hərbi qulluqçu terapiya, 12 hərbi qulluqçu isə cərrahiyə bölməsi olmaqla, düşmən ordusunun 46 hərbi qulluqçusu Ağdərədə hospitala yerləşdirilib.
Xəbərdə o da bildirilir ki, adı çəkilən hərbi tibb məntəqəsinə daxil olan iki ağır xəstə reanimasiya bölməsinə yerləşdirilib, adı gizlədilən bir nəfər gənc əsgər isə infarktdan ölüb.
Yaxınları ölən hərbçinin əvvəlcədən ürək xəstəsi olmasına baxmayaraq hərbi xidmətə aparıldığını iddia edirlər.
Ölən hərbçi barədə ictimaiyyətə açıqlama verilməsə də faktla bağlı araşdırma aparılır.
Ordu.az