İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbçilər arasında nizamnamədən kənar münasibətlər səbəbindən daha bir cinayət qeydə alınıb.
Ordu.az xəbər verir ki, dağ atıcı alaylarının birində hərbi qulluqçusu kiçik çavuş Qarnik Petrosyan üz nahiyəsindən aldığı zədələr səbəbindən hospitala təxliyə edilib.
Komandirin təhriki ilə kiçik çavuşun hamamda yıxılaraq xəsarət aldığını bildirilsə də, hərbi polisin müstəntiqi Q. Petrosyannın təhqirlərə cavab olaraq xidmət yoldaşları tərəfindən döyüldüyü qənaətindədir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Döyülmə