Paşinyan prezidentdən qorxur: O, TŞ-nin iclasa dəvət edilmədi

2019/03/15227-1552392297.jpg
Oxunub: 572     16:02     12 Mart 2019    
Məlum olduğu kimi, bu gün işğal altında olan Qarabağda Ermənistanın Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasın keçirilmə yerinin nə üçün Qarabağa dəyişdirilməsi rəsmi bəyan edilməsə də, məlumdur ki, bu ATƏT-in Minsk qrupunun son bəynatı ilə əlaqədardır.

Bununla əlaqədar artıq dünəndən etibarən Ermənistanın Baş naziri, Təhlükəsizlik Şurasının üzvləri, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Qarabağdadır.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının üzvləri Baş nazir, Baş nazirin müavinləri, Təhlükəsizlik Şurasının katibi, Müdafiə, Xarici İşlər nazirləri, MTX direktoru, polis rəisi və Silahlı Qüvvələrin Baş Qərargah rəisindən ibarətdir. Bir sözlə yüksək vəzifəli məmurlardan yalnız Ermənistan parlamentinin sədri və Ermənistan prezidenti Təhülkəsizlik Şurasının üzvləri deyillər. Bu iki yüksək vəzifəli məmur konstitusiya dəyişikliyindən sonra Təhlükəsizlik Şurasının tərkibindən kənarda qalıblar. Lakin maraqlıdır ki, Paşinyan öz partiya silahdaşı olan erməni parlamentinin sədri Ararat Mirzoyanı bu gün baş tutacaq iclasa dəvət edib. Yəni Mirzoyan da Qarabağdadır və o, iclasda iştirak edib.

Erməni jurnalistin "Ermənistan prezidenti Armen Sarkisyan iclasa dəvət edilibmi?" deyə verdiyi suala onun ofisinin məsul şəxsi Hasmik Petrosyan belə cavab verib: "Xeyr, Ermənistan prezidenti dəvət edilməyib".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan     Armen-Sarkisyan  

Paşinyan prezidentdən qorxur: O, TŞ-nin iclasa dəvət edilmədi

2019/03/15227-1552392297.jpg
Oxunub: 573     16:02     12 Mart 2019    