Ordu.az xəbər verir ki, bu barədə "Bir Ermənistan" partiyasının həmtəsisçisi Artur Qazinyan öz "Facebook" səhifəsində yazıb.
O qeyd edir ki, "təhlükəsizlik şurası"nın geniş iclasında Paşinyan, çox məhdud səlahiyyətlərlə onların adından ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanla danışıqlar aparılmasına mandat verilməsi üçün müraciət edəcək.
"Bu mandat bir tərəfdən onun bəyan etdiyi xəttdən geri çəkilməməsinə, digər tərəfdən gözlənilən danışıqları iflasa uğratmamaqla, Azərbaycana münaqişənin həllində hərbi yola əl atmasına legitim hüquq verilməsinin qarşısını almağa imkan verəcək", - deyə Qazinyanın əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az