Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün döyüş mövqelərində naməlum şəkildə meyiti tapılmış Karen Artak Karapetyan öz xidmət yoldaşı tərəfindən güllələnib.
Gümrü hərbi komissarı Qaqik Xaçatryanın sözlərinə görə, Karapetyan Gümrü sakinidir.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Karen Karapetyan Ermənistan ordusuna 1 il öncə çağırılıb.
*****
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında acınacaqlı xidmət şəraiti və komandirlərin təhqirləri səbəbindən özünəqəsd hadisələri baş verməkdə davam edir.
Ordu.az xəbər verir ki, düşmən ordusunun hərbi qulluqçusu, Leninakandan 2018-ci ildə hərbi xidmətə çağırılan və 6-cı dağatıcı alayında xidmət edən Karapetyan Karen Ardak bu gün səhər saatlarında döyüş postunda avtomatdan ağzına atəş açmaqla özünə qəsd edib.
Hərbi qulluqçu K. Karapetyanın anası oğlunun incidilərək özünü öldürmə həddinə çatdırılması ilə bağlı prokurorluğa şikayət edib.
Faktla bağlı prokurorluq cinayət işi açıb, istintaq davam edir.
Ordu.az