"Həmsədrlərin danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayırıq" - Prezident

2019/03/15523-1552380764.jpg
Oxunub: 27071     12:41     12 Mart 2019    
"Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır".

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edərkən deyib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Qarabağ  


Bizi "telegram"da izləyin