Sarkisyan Qarabağdan İrəvana qayıtmadı - Paşinyanla görüş istisna edilmir

2019/03/45645-1552380478.jpg
Oxunub: 26347     13:10     12 Mart 2019    
Artıq bir həftədir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan işğal altında olan Qarabağdadır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda keçirilən Vazgen Sarkisyanın 60 illik yubiley tədbirlərində iştirak etdikdən sonra Serj Sarkisyan hələ də Ermənistana qayıtmayıb.

Ehtimallara görə, Sarkisyan, Paşinyanın iştirakı ilə keçiriləcək "təhlükəsizlik şurası"nın iclasına birbaşa qatılmasa da, bununla bağlı bir sıra qapalı müzakirələrə qoşulacaq.

Qeyd edək ki, Sarkisyan İrəvana dünən qayıtmalı idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Qarabağ   Paşinyan  


Bizi "telegram"da izləyin