Paşinyan "B" planı barədə düşünür: Mnatsakanyan qurban ediləcək?

2019/03/FA151-1552377816.jpg
Oxunub: 4263     12:01     12 Mart 2019    
Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan işğal altında olan Qarabağa gəlib. O, qondarma qurumun "təhlükəsizlik şurası"nın iclasında iştirak edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Qarabağ münaqişəsi ilə bağlı Ermənistan iqtidarının bir sıra variantları mövcuddur.

Təbii ki, bütün bu variantların Ermənistan və qondarma qurumun maraqlarına cavab verdiyi qeyd olunur.

Lakin məlumatlara görə, xüsusilə ATƏT-in Minsk qrupunun son bəyanatından sonra Paşinyan artıq "B" planı barədə düşünür. Bu plana əsasən ermənilər üçün o qədər də arzu olunmayan proseslərin baş verdiyi halda Paşinyan, növbəti günahsız qurban axtarışına çıxacaq. Bu dəfə həmin qurban xarici siyasətdən məsul şəxs kimi Zöhrab Mnatsakanyan olacaq.

Bu halda Paşinyan Xarici İşlər nazirini dəyişəcək. Bu isə bir tərəfdən vaxt qazanmağa, digər tərəfdən günahların bütün yükünü onun boynuna atmağa imkan verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Təxribat   Qarabağ  


Bizi "telegram"da izləyin