Ordu.az xəbər verir ki, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan razılaşdığı halda İran iki ölkənin mənafeyi çərçivəsində münaqişənin həllinə çalışmağa hazırdır.
O qeyd edib ki, Azərbaycan İranın mühüm qonşularından biridir və Tehran və Bakı strateji əlaqələri mövcuddur.
"Qarşılıqlı səfərlər, o cümlədən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Tehrana səfəri iki ölkənin qarşılıqlı yüksək etimadının göstəricisidir", - deyə Pakayin əlavə edib.
Ordu.az