"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər" - Appaturay

2019/03/37512-1552367760.jpg
Oxunub: 13586     19:50     11 Mart 2019    
"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər".

Ordu.az xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə açıqlamasında deyib.

NATO rəsmisi qeyd edib ki, münaqişənin uğurlu hərbi həll yolu yoxdur.

"Biz münaqişələrin həlli prosesinə cəlb olunmamışıq, ancaq müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülhə maraqlıdırlar. NATO-nun rəyinə əsasən, Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırırıq", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Qarabağ  


Bizi "telegram"da izləyin