Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın "Nezavisimaya Gazeta" nəşrinin məqaləsində qeyd edilib.
Məqalədə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatına toxunularaq, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüşdən söhbət açılıb.
"Bakı və İrəvan tərəflərin aydınlığa yaxın olduqları təqdirdə, yüksək səviyyəli görüşlərin əhəmiyyətli olduğunu düşünürlər. Əks halda, bu zaman itkisidir", - deyə nəşrin məqalədə qeyd olunub.
Nəşrə görə, yuxarıda qeyd olunanları nəzərə alaraq, Paşinyan və Əliyevin güzəştlərə hazır olduğunu düşünmək olar.
Qeyd olunur ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı masa üzərində hələ "Madrid prinsipləri"nin mövcudluğunu, bunu İrəvan və Bakının qismən və öz şərhləri ilə qəbul etməyə hazır olduğunu göstərir.
“Azərbaycan tərəfi bu günə qədər Dağlıq Qarabağın statusunun təxirə salınması ilə proqramın mərhələli şəkildə həyata keçirilməsini tələb edib, Ermənistan isə həmin müddəaların paket şəklində qəbuluna tərəfdar idi. İki liderin mövqeyində hər hansı dəyişiklik olub-olmadığı aydın deyil və yalnız özlərinə faydalı olan danışıqlardan sonra bəzi aydınlıqlar ola bilər. Paşinyan-Əliyev arasında bir neçə görüş nəticəsində olsa da, təmas xəttində gərginlik azalıb. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu bəyanatlarında qəbul edirlər”, - deyə nəşrin məqaləsində qeyd edilir.
Alpər Mövludoğlu
Ordu.az