Ermənistan ordusu 18 yaşlı əsgəri kimlə əvəz edəcək? – EKSPERT

2019/01/14418-1548165929.jpg
Oxunub: 24073     19:04     22 Yanvar 2019    
Bu günlərdə “Qalatv.am” xəbər portalına verdiyi müsahibəsində Ermənistan parlamentinin deputatı Andranik Koçaryanın bəyanatına toxunan “komandos” ləqəbli Arkadi Ter-Tadevosyan bildirib ki, Ermənistan cəbhədə itkilər verməklə demoqrafik problemlərlə üzləşir. Buna görə də, məsələnin optimal həlli yollarının tapılması istiqamətində düşünmək lazımdır.

Ermənistan əhalisinin azalması, xüsusilə sərhədyanı kəndlərin boşalması halları artıq hakimiyyət səviyyəsində SOS siqnalının səsləndirilməsinə səbəb olub. Tək Tavuş vilayətinin əhalisinin orta hesabla 10 kəndin əhalisinin sayı qədər azaldığı barədə keçən il saytımızda məlumat vermişdik. Bu ərazidə sərhəd bölgəsindəki təmas xəttinə yerli əhalini ödənişli əsaslarla göndərməyə insan da tapılmadı. Sonda çıxış yolunu bu əraziləri polislərə təhvil verməkdə gördülər.

Son zamanlar əhalinin işsizlik və aşağı yaşayış səviyyəsi səbəbindən Ermənistanı kütləvi tərk etməsi artıq bütün səviyyələrdə açıq-aşkar həyəcan təbilinin çalınmasına səbəb olub. Artıq çağırışçılarla hərbi hissələrin komplektləşdirilməsində ciddi problemlərlə üzləşən Ermənistanın iqtidarı, “Mənim Adımım” fraksiyasının deputatı Andranik Köçəryanın dili ilə bəyan edib ki, 18 yaşlı hərbi qulluqçuların ön xəttdən çıxarılmasının vaxtı çoxdan çatıb. Lakin Köçəryan muzdlu orduya keçmək üçün zəruri olan maliyyə vəsaitinin mənbəyini açıqlamaqda çətinlik çəkib.

Əslində erməni deputat tərəfindən bu konsepsiyanın səsləndirilməsi yenilik deyil. Dəfələrlə mətbuatda Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə polislərdən və yerli kənd əhalisindən istifadə etdiyi haqda məlumat vermişdik. Polislərin ön xətdə hərbi xidmət aparılmasına cəlb edilməsi, çox az rast gəlinən hadisədir və dövlətin həm maliyyə, həm də insan resurlarının məhdud olmasının birbaşa göstəricisidir.

Yerli kənd əhalisinin yaşadığı ərazidə növbə ilə ön xətdə xidmət aparmaq məqsədilə muzdla orduya cəlb edilməsi isə həmin kəndlərin əhalisinin ölkədən miqrasiyasının qarşısını almaq mədsədi daşıyırdı. Təbii ki, belə bir praktika bir çox ordularda tətbiq edilib və bəlli bir nəticələr də gətirib çıxarıb. Lakin bunun üçün daha çox maliyyə resursları ilə bərabər insan resurslarına da ehtiyac yaranır. Sadəcə qəbul ediləcək şəxsi heyətin yaş kateqoryası və sağlamlıq səviyyəsinə qarşı irəli sürülən şərtlər sərtləşdirilir. Bu günün reallıqlarında Ermənistan paralel şəkildə peşəkar orduya keçmək üçün nə maliyyə, nə də insan resuslarına malik deyil. Bunu ordu rəhbərliyinin özünün də arzu etdiyini demək olmaz. Ən azından bu təklifə ordu tərəfindən dəstək reaksiyası da səsləndirilməyib. Bu isə ordu və hakim partiya arasında bu məsələdə vahid mövqeyin olmadığını göstərir.

Hələ də hökumətin formalaşması başa çatmayan məhdud imkanlı Ermənistanın bu islahatları yaxın 3-5 ildə gerçəkləşdirməsi real görünmür.

Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Böhran  


Bizi "telegram"da izləyin