Sərhədçilər təmas xəttində yerləşən orta məktəblərdə - FOTOLAR

2018/12/photo-1546073139.jpg
Oxunub: 3711     13:01     29 Dekabr 2018    
Dövlət Sərhəd Xidməti ictimaiyyət nümayəndələrinin və gənclərin Vətənə məhəbbət, оnun sərhədlərinə hörmət ruhundа tərbiyə olunması, sərhədçi pеşəsinə mаrаğın daha da аrtırılması məqsədi ilə müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir.

DSX-nin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, keçirilən tədbirlər sırasında sərhədyanı rayonların sakinləri və məktəblilər ilə “Sərhədi xalq qoruyur” mövzusunda təşkil olunan çoxsaylı görüşlər xüsusi yer tutur.

Bu görüşlərdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında geniş məlumatlar verilir, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılır, gənclərimizə sərhədlərimizin mühafizəsi işinin təşkili, sərhədçi pеşəsinin xüsusiyyətləri ətraflı izah edilir.


“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir dekabr ayının 28-də Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə altına götürülmüş Azərbaycan-Ermənistan dövlət sərhədlərinin Qazax rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Quşçu-Ayrım, Məzəm, Cəfərli və Xanlıqlar yaşayış məntəqələrinin orta məktəblərində keçirilib.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərin­dən, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masından və qazanılmış uğurlardan danışıblar.


Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin qərarına əsasən Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nin Sərhəd Qoşunlarına həvalə olunmasının şərəf və qürur olmaqla yanaşı eyni zamanda Ali Baş Komandanın Azərbaycan sərhədçisinə olan etimad və etibarının ifadəsi kimi dəyərləndiriblər.

Ölkəmizin sərhədlərinin mühafizəsində ictimaiyyətin də yaxından iştirak etməsi razılıq hissi ilə qeyd edilmiş, bunun da xalq və dövlətin vəhdətindən irəli gəldiyi xüsusi vurğulanıb.


Qazax rayon ictimaiyyətinin nümayəndələri sərhədçiləri qarşıdan gələn Dünya Azərbay­canlı­ları­nın Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, yerli əhalinin dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərməsinin böyük əhəmiyyət daşıdığını və yüksək qiymətə layiq olduğunu bildiriblər.

Tədbirlərin sonunda Dövlət Sərhəd Xidməti adından Qazax rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən məktəblərə müasir kompüter, noutbuk və video-proyektor dəstləri hədiyyə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazax   DSX   Orta-məktəb  


Bizi "telegram"da izləyin