Ordu.az xəbər verir ki, bu barədə Daşnaksütun Partiyasının Hay Dat və Siyasi Məsələlər üzrə ofisinin məsul şəxsi Kiro Manoyan keçirilən mətbuat konfransında çıxış edərkən bildirib.
Manoyan hesab edir ki, Ermənistan Vyanada və Sankt-Peterburqdakı razılaşmalardan imtina etməməlidir. Onun sözlərinə görə, Ermənistanın daxili proseslərin gedişatı Azərbaycanla başqa cür danışıqlar aparmağa imkan verir.
“Ermənistan daha Vyanada və Sankt-Peterburqda əldə olunan razılaşmaların həyata keçirilməsindən danışmır, çünki Baş nazir Azərbaycan prezidenti ilə atəşkəs pozuntularını azaltmaq üçün razılığa gəlib", - deyə Kiro Manoyan bildirib.
Onun fikrincə, tezliklə Ermənistana, xüsusən də ABŞ tərəfindən təzyiq göstərilməyə başlanılacaq və İrəvandan Dağlıq Qarabağ məsələsində güzəşt edilməsi tələb olunacaq.
“Bu, Ermənistanın bu təzyiqlərə yer verəcəyi anlamına gəlmir, amma təzyiqlər olacaq”, - deyə Manoyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az