Ordu.az xəbər verir ki, 2015-ci ildən müqaviləli xidmətdə olan 3-cü taborun hərbi qulluqçusu Artur Poğosyan xidmət yerini özbaşına tərk edib.
Axtarışı davam etdirilən A.Poğosyanın hansı səbəbdən fərarilik etməsi barədə hərbi hissədən açıqlama verilməyib. Hərbi qulluqçunun yaxınları isə xidmətdən qaçmanın səbəbinin hərbi hissədə hökm sürən özbaşınalıq və qanunsuzluqlar olduğunu deyirlər.
Faktla bağlı araşdırma aparılır.
Ordu.az