Qarabağda iki erməni hərbçi həbs edilib

2018/12/ermni-1545826549.jpg
Oxunub: 3678     18:14     26 Dekabr 2018    
İşğal altında olan Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu buraxılışda olarkən oğurluq ediblər.

Ordu.az xəbər verir ki, hərbi qulluqçular Artur Ohanyan və Qaqik Ter-Qazaryan mülki obyektlərdən oğurluq etdikləri üçün saxlanılıblar.

Onların hərbiçi olduqları məlum olduqdan sonra dərhal hərbi polisə məlumat verilib.

Faktla bağlı istintaq aparılır. Adları çəkilən şəxslərin başqa oğurluq hadisələrində əllərinin olub-olmaması müəyyənləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Həbs  


Bizi "telegram"da izləyin