Erməni hərbçi naməlum şəraitdə yaralanıb

2018/12/10319-1545823945.jpg
Oxunub: 2874     15:31     26 Dekabr 2018    
İşğal altında olan Xocalı yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən hərbi qulluqçu hələlik məlum olmayan səbəbdən yaralanıb.

Ordu.az xəbər verir ki, əsgər Narek Asaturyan güllə yarası ilə hərbi tibb məntəqəsinə yerləşdirilib.

Növbətçi hərbi həkim A.Mikolyan hərbi qulluqçunun vəziyyətinin orta ağır olduğunu bildirib.

Baş vermiş hadisə hüquq-mühafizə orqanlarından gizlədilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ   Yaralı  


Bizi "telegram"da izləyin