Qarabağda erməni hərbi qulluqçu intihar edib - Gizlədilir

2018/12/316d2-1545815231.jpg
Oxunub: 2000     13:32     26 Dekabr 2018    
İşğal olunmuş Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində daha bir hərbi qulluqçu xidmətin çətinliyinə dözməyərək özünə qəsd edib.

Ordu.az xəbər verir ki, 3-cü taborun əsgəri Şavarş Qalacyan xidmətin ağırlığına və məruz qaldığı təhqirlərə dözməyərək ona təhkim olunmuş avtomat silahdan atəş açaraq özünü vurub.

Hələlik öldüyü, yaxud sağ olduğu gizlədilən hərbçi barədə məlumatı Allahverdiyan soyadlı zabit də təsdiq edib.

Hadisə hərbi polis tərəfindən araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan-ordusu   İntihar  


Bizi "telegram"da izləyin