Təhlükəsizlik qaydalarını pozan erməni hərbçi şikəst oldu

2018/12/227_1-1545806410.jpg
Oxunub: 3562     10:19     26 Dekabr 2018    
İşğal altında olan Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən çavuş Artuş Petrosyan təhlükəsizlik qaydalarını pozduğuna görə bel fəqərələrinin sınığı diaqnozu ilə hərbi hospitala təxliyə edilib.

Ordu.az xəbər verir ki, baş sürücü-mexanik A.Petrosyan təlim mərkəzində praktiki atışlar zamanı ağır xəsarət alıb. Həkimlər hərbi qulluqçunun vəziyyətinin ciddi olduğunu bildiriblər.

Davo adlı həkimin dediyinə görə, 2017-ci ilin yanvarından müqaviləli xidmətdə olan və Gorus hərbi komissarlığından xidmətə çağırılan A.Petrosyan ömürlük şikəst ola bilər.

Xəbərdə hadisə şahidlərinin, həmçinin səhlənkarlığa yol verən, hələlik soyadları açıqlanmayan Erik və Harut adlı zabitlərin artıq istintaqa cəlb olunduğu da bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ  


Bizi "telegram"da izləyin