Ordu.az xəbər verir ki, bu sözləri "Sasna Tsrer" ümumerməni partiyasının fəxri üzvü olan Jirayr Sefilyan jurnalistlərlə görüşündə ordumuzun 2018-ci ildə Naxçıvanda 11 min hektar ərazini azad etməsinə toxunarkən bildirib.
"Mənim fikrimcə, bizim rəhbərliyimiz, bu hərəkətlərin qarşısını almaq üçün kifayət qədər addımlar atmır. Naxçıvan cəbhəsində birlikdə fəaliyyət göstərildiyi halda, hər şeyin sakitcə qarşısını almaq olar. Bir daha deyirəm, bu proses davam edəcək, buna baxmayaraq, xüsusilə də rəqibin müvəffəqiyyət qazanaraq böyük əhəmiyyətə malik yollara nəzarət edə biləcəyi sahələrdə xalqımız cəsarətli olmalıdır və düşmənin addımlarının qarşısını almalıdır", - deyə Sefilyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az