Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə azərbaycanşünas Aşot Movsisyan Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin dəyişdirilməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi bu vəzifəyə məqsədəuyğun şəkildə Azərbaycanın maraqlarını müzakirə etməyə və inkişaf etdirməyə qadir olan bir şəxsi təyin edib.

“Azərbaycan qeyd edir ki, rəsmi Azərbaycan danışıqlar prosesində təmsil olunursa, o zaman azərbaycanlı icmanın nümayəndələri də təmsil olunmalıdırlar. “Daha əvvəl icma rəhbəri və ya aktiv nümayəndələr olaraq təmsil edilen vəzifəlilər müzakirə masasında göstərməli olduqları potensiala malik deyildilər. Azərbaycan hakimiyyəti bunu yaxşı dərək edərək, DQ icmasının başçısını Şuşada doğulmuş, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı olan bir şəxs təyin etdilər… Bütün bunlar göstərir ki, danışıqlar prosesində hər şey birmənalı deyil və bəzi dəyişikliklər də ola bilər, - deyə Movisyan qeyd edib.
Qondarma qurumun müzakirə prosesində iştirakının, xüsusilə də, Azərbaycanın mövqeyinin kontekstində real olub-olmadığı sualına isə Aşot Movsisyan belə cavab verib: “Azərbaycan tərəfindən atılan bu addım faktiki olaraq ehtiyat addımıdır. Bu gün Azərbaycanın həyata keçirdiyi təbliğat onu iddia etməyə əsas verir ki, Bakı Xankəndinin danışıqlar masasına qayıtmasına razı deyil, çünki Azərbaycan mövqeyi ondan ibarətdir ki, danışıqlarda xalqların öz müqəddəratını təyin etməlidir. Ermənistan isə Azərbaycanın ərazilərinin bir hissəsini işğal edib, buna görə də, o ərazilərdə məskunlaşan sakinlərin danışıqlar prosesində heç bir rolu yoxdur”.
Alpər Mövludoğlu
Ordu.az