Zaxarova İrəvanın qeyri-legitimliyinə toxundu: "Həll prosesi yaradıcı ideyalar üzərində qurulacaq"

2018/12/1-1545302679.jpg
Oxunub: 3335     14:38     20 Dekabr 2018    
"Qarabağ münaqişəsinin gələcək həlli prosesi yaradıcı ideyalar üzərində qurulacaq".

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova "İrəvan və Bakı arasında yeni danışıqların başlanmasına dair fikirlər varmı?", deyə "Vestnik Kavkaza" qəzetinin müxbirinin sualına cavab verərkən bildirib.

Zaxarova, Lavrov və İlham Əliyev arasında görüş zamanı müzakirə edilən məsələyə aydınlıq gətirib.

"Tərəflər Qarabağ münaqişəsinin nizamlanması prosesinin Ermənistanda legitim hakimiyyət formalaşdırıldıqdan sonra davam etdiriləcəyini müzakirə ediblər", - deyə o qeyd edib.

O, gələcəkdə danışıqların əsasını yaradıcı ideyaların təşkil etməsi zərurətini vurğulamaqla, hazırda ekspertlərin məşğul olduğu həmin ideyaların hazırlanması üzrə mərhələnin getdiyini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Qarabağ  


Bizi "telegram"da izləyin