Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Milanda keçirilən görüşün nəticələrinə dair verdiyi bəyanata toxunarkən bildirib.
O, məsələ ilə bağlı birgə bəyanatın razılaşdırıldığını qeyd edib və danışıqların detallarını yenə də erməni cəmiyyətindən gizlədib: "Danışıqlarda yeni bir şey varmı? Danışıqlarda yeni heç bir şey yoxdur və fəallıq siz gördüyünüz qədərdir".
O, həmçinin işgüzar səfər və davamlı xarakter daşıdığına görə vaxtilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin bütün səfərlərinin işıqlandırılmadığı halda, İndi öz administrasiya heyətinə bütün təmasların məcburi işıqlandırılmasına göstəriş verdiyini bildirib: "Ona görə ki, hesab edirəm proses şəffaf olmalıdır".
Paşinyan, Azərbaycan tərəfindən, məsələn, özündə optimistlik əks etdirən şərh verilərkən, bəzi erməni şərhçilərində xəyanətkarlıq hiss edilməsinin də təəccüb doğurduğunu qeyd edib.
"Niyə Ermənistan hökumətinin inandırıcı arqumentlər əldə etdiyinə dair heç bir ehtimal yoxdur?", - deyə o əlavə edib.
O qeyd edib ki, özünüz də araşdıra bilərsiniz ki, Ermənistanın heç bir hakimiyyəti Qarabağ məsləsində bizim qədər şəffaf olmayıb.
"Sankt-Peterburq və Vyana razılaşmasının həyata keçirilməsini təkid edəcəklərmi?" deyə verilən sualdan Paşinyan yenə də yayınıb: "Bunlar həmsədrlərin də iştirakı ilə keçirilən rəsmi danışıqlar prosesinin gündəliyidir. Mən özüm heç bir danışıqlar prosesində iştirak etmədiyimə diqqət çəkmək istəyirəm. Biz iki dəfə İlham Əliyevlə söhbət etmişik".
Alpər Mövludoğlu
Ordu.az