Danielyandan şok açıqlamalar: "Paşinyan Qarabağla bağlı güzəştə gedən tərəf olacaq"

2018/12/34534-1545220229.jpg
Oxunub: 1751     15:48     19 Dekabr 2018    
"Həm İlham Əliyev, həm də Elmar Məmmədyarovun bəyanatları onu göstərir ki, Qarabağ məsələsində yalnız danışıqlar getmir, artıq müəyyən məsələlər ətrafında razılıqlar var".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları şərh edəkən bildirib.

Onun sözlərinə görə, güzəştə gedən Ermənistan tərəfinin olacağı və Qarabağın müstəqilliyinin tanınmasının gündəlikdən çıxarılacağı hiss olunur.

"Ərazilər qaytarıldıqdan sonra, Qarabağa hər hansısa keçid statusu veriləcək, növbəti mərhələdə faktiki olaraq müdafiəsiz qalan Qarabağın məsələsini Azərbaycan həll edəcək. Beynəlxalq ictimaiyyət adlandırılan tərəf Azərbaycanla müharibəyə girməyəcək", - deyə Danielyan qeyd edib.

İşğal altında olan Qarabağın təhvil verilməsi məsələsinə toxunan erməni politoloq qeyd edib ki, əlbəttə detalları bilməsək də mövcud təəssürata görə nəyinsə qarşılığında ərazilərin qaytarılacağını ehtimal etmək olar: "Sonrakı mərhələdə artıq onlar razılığa gələcəklər, referendum keçiriləcək, ya yox. Ancaq hərbi baxımdan Qarabağ müdafiəsiz qalır. Qalanları artıq Azərbaycan üçün texniki məsələlərdir2.

Stepan Danielyan Azərbaycan tərəfinin bəyanatları və erməni tərəfinin səssizliyinin hökm sürdüyünü qeyd edib. Səssizlik isə həmin bəyanatların qəbul olunduğuna işarədir.

"Beynəlxalq təzyiqin mövcud olduğu bir məqamda Ermənistan belə bir addıma atarmı?" deyə, verilən suala politoloq belə cavab verib.

"Beynəlxalq ictimaiyyət deyilən anlayış saxta bir kateqoriyadır. Beynəlxalq ictimaiyyət müxtəlif ölkələri təmsil edir və hər ölkənin öz maraqları var. Bu məsələdə hansısa konkret proqram var. Amma bu proqramı kimlər tərtib edib, biz bilmirik.

İstənilən halda mövcud bəyanatlar, həmçinin Lukaşenkonun ərazilər barədə dedikləri, bundan başqa RF və Aİ arasında silah yarışmasının varlığı, İran və Türkiyənin cəlb edilməsi, onların maraqlarının varlığı problemdir, yəni bu müzakirələrdə hər hansısa bir boşluğun olduğunu göstərir. Bəzi ziddiyyətlər var, qoşun yeridiləcəkmi, nə ediləcək, təhlükəsizlik deyilən məsələni xarici işlər nazirinin sözlərinə görə kim təmin edəcək, bu cavabları bizdə olmayan ortaya çıxan suallardır", - deyə Danielyan qeyd edib.

Bundan əlavə, Danielyan öz "Facebook" səhifəsində yazıb ki, belə hiss edirəm ki, Nikol Paşinyanın Ermənistan özünə, Qarabağ isə özünə aid hissə üzrə danışıqlar aparacaq.

""Qərarı isə xalq qəbul edəcək" dediyi fikir, Ermənistan öz qərarını qəbul edəcək, Qarabağa isə get nə istəyirsən et, sənin problemindir, deyiləcək.

Siyasi nəsil dəyişməsinin mənası isə parlamenti əsasən əlaqəsi olmayan, təsadüfi adamlarla doldurulmasıdır ki, nə istəsələr, edə bilsinlər. İnqilabın mənası dəyişməyə başlayır, xəyanət nəzəriyyəsinə yaxınlaşırıq", - deyə o əlavə edib.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın XİN vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla Milanda baş tutan son görüşünü şərh edərkən qeyd edib ki, Ermənistanla Azərbaycan uzun fasilədən sonra ilk dəfə Qarabağ məsələsində müəyyən bir anlaşmaya gəliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin