"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir" - Kopirkin

2018/12/34534-1545142656.jpg
Oxunub: 1595     18:16     18 Dekabr 2018    
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib. Biz ATƏT-in Minsk qrupu çərçivəsində işləyirik".

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin jurnalistlərə açıqlamasında deyib.

"Biz münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını söyləyirik. Bu, hər iki tərəf tərəfin razılığı ilə baş verməlidir. Bizim işimizin əhəmiyyətli bir hissəsi, tərəflər arasında birbaşa dialoq üçün ön şərtlərin təyin edilməsini formalaşdırmaqdır", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin